Gəncədə polisə hücum: Ekstremist qumbara partlatmaq istədi

119325_res_01Gəncə şəhərində təxribat törətmək istəyən şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman biriliyi” adlı hərəkata dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən tutulub. Ondan “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin götürülüb.

Bundan başqa noyabrın 26-da Gəncə şəhər sakini Ruzi İsmayılov “Nardaran hadisələri” ilə əlaqədar “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib. Bununla əlaqədar R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib. R.İsmayılov tutulub və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR