Bu gün səhər saatlarında Qafqaz Xəbər Agentliyinin ( qafqaznews.az ) bölgə müxbiri Qürbət Yusibovun verdiyi məlumata görə Qazax rayonu, Qaymaqlı kənd tibb məntəqəsinin 63 yaşlı baş həkimi Pənah Məmmədov dünən axşam özünü asaraq intihar edib. Biz, mərhumun ailəsi ilə əlaqə saxladıq, telefonumuza cavab verən mərhumun yoldaşı Orucova Rahilə ilə danışdıq və o bu faktı təsdiqlədi. Bu məsəsləni araşdırmaq üçün Qazax rayon Polis idarəsilə əlaqə saxladıq.
Bizim sualımıza baş müstəntiq Kazım Poladovun cavabı belə oldu: “Mənim məlumatım yoxdu, eşitməmişəm”
“Vəzifəli şəxsin özünə sui-qəsd faktı ilə bağlı cinayət işi qaldırılımalıdır, əgər polisin bundan xəbəri yoxdursa, deməli onlar öz vəzifələrini yerinə yetirə bilmirlər, və onlar vəzifsindən azad edilməlidir” bunu Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib
Araz Məmmədov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)