Nardaranda son vəziyyət – FOTO

nardaran_271115_03Qəsəbəyə giriş və çıxış ciddi nəzarətdədir

Nardaranda vəziyyət dəyişməz olaraq qalır.

Oxu.Az xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün Sabunçu rayon rəhbərliyi ilə ağsaqqallar arasında aparılan danışıqlarda ümumi məxrəcə gəlinmədiyi üçün kənd sakinləri hələ də meydanı tərk etməyiblər. Kənd sakinləri ötən gün qarşıdurma zamanı öldürülənlərin meyitlərinin kəndə gətiriləcəyini gözləyirlər.

Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafına yığışıblar.

Nardaran qəsəbəsinin giriş və çıxışı dünən olduğu kimi, bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanılır.nardaran_271115_06 nardaran_271115_01 nardaran_271115_02 nardaran_271115_03 (1) nardaran_271115_03 nardaran_271115_04 nardaran_271115_05

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR