Ziya Məmmədovun ətrafında çiçəklənən “qudalar şəbəkəsi”

скачанные файлыBaş prokurorun köməkçisinin biznesi

Möhtərəm İlham Əliyev cənabları öz çıxışlarının birində çox haqlı olaraq bildirmişdi ki, orta əsr feodal düşüncəsindən, tayfa psixologiyasından qurtulmadan tərəqqiyə, müasir inkişafa nail olmaq mümkün deyil. Həqiqətən də tərəqqiyə nail olmağın yolu müasir düşüncədən keçir. Ancaq çox təəssüf ki, bəzi iri çaplı məmurlar vəzifədə qalmağın yolunu öz ərtafında iri qohumluq çətiri, qudalar şəbəkəsi yaratmaqda görürlər. Və belə bir şəbəkəni özləri üçün gələcək təminat hesab edirlər. Lakin başa düşmürlər ki, ölkə başçısının etimadını doğrultmayan məmur hətta “Papa ilə qohum” olsa da xeyri yoxdur, günün birində ölkə başçısı ona etimad limitinin bitdiyini bildirəcək.

İndi isə ölkənin iri məmurlarından olan nəqliyyat naziri Ziya Məmmədovun ətrafındakı hörümçək toruna bənzəyən qudalar şəbəkəsinə nəzər salaq. İlk öncə şəbəkənin kənarından-ətəyindən tutub mərkəzə doğru irəliləyək. Bu şəbəkənin ətəyində əslən Tovuzdan olan iş adamı Asif Qurbanov dayanır. Ziya Məmmədovun qardaşı, keçmiş fəxri dəmiryolçu Nəriman Məmmədovun oğlu Namiq Məmmədov Asif Qurbanovun qızının əridir. Sonuncunun oğlu isə Nərimanın baldızı qızı ilə evlidir. Namiq Məmmədov isə Baş prokurorun köməkçisidir.

Asif Qurbanov bir müddət Tovuz və Ağstafa rayonlarının dəmiryolu stansiyalarının polis rəisi işləyib. Sonralar sistemdən uzaqlaşaraq biznesə girişib. İndi isə qudalar şəbəkəsinin digər “qanad”ına nəzər salaq. Asif Qurbanovin qardaşı iş adamı Akif Qurbanov isə Milli Məclisin deputatı Fərhad Qəribovla qudadır. Belə ki, Akif Qurbanovun oğlu Vüqar Fərhad Qəribovun kürəkənidir.
Bir müddət əvvəl Akif Qurbanovun oğlu Vüqar və onun qayınları, yəni Fərhad Qəribovun oğlanları Zöhrab və Elnur daxili işlər orqanlarında (DİO) “təcrübə keçmək” qərarına gəliblər. Yeri gəlmişkən onu da qeyd edək ki, son illər bəzi “papaların gül balaları” DİO-da çalışmağa “belində tapança gəzdirmək…macəra axtarmaq…və s. “ kimi baxırlar.

Bəli, Akif Qurbanovun oğlu, millət vəkili Fərhad Qəribovun kürəkəni Vüqar Qurbanov bir müddət Bakı BPİ-in Narkotiklərlə Mübarizə Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb.
Ancaq sonradan DİN zabitinin qara qünləri başlayıb. Mənbənin bildirdiyinə görə Vüqar istirahət edərək odlu tabel silahını itirir. Həmin vaxt hörmətli Məhərrəm Əliyev Bakı BPİ-nin rəisi olub. Vüqar başa düşüb ki, kimin oğlu, ya da qudası olmağına baxmayaraq cənab Məhərrəm Əliyev onu bağışlamayacaq. Bakı BPİ-də Vüqar barəsində başlayan xidməti yoxlama zamanı Vüqar yalandan deyir ki, guya silahını ictimai tədbirdə itirib. Ancaq təhqiqatçılar ona başa salır ki, Məhərrəm Əliyevin əmrinə əsasən ictimai tədbirdə odlu silah qəzdirmək qəti qadağandır.

Bu məqamda “qudalar şəbəkəsi”nin başqa bir füqurunu təqdim edək. Fərhad Qəribovun qudası ( keçmiş ) isə “SUM” ticarət mərkəzinin direktoru, millət vəkili Ərəstun Cavadovdur. Axırda “tapança məsələsi”nə Ərəstun Cavadov qarışmalı olur və problem həllini tapır, Vüqar Qurbanov cəzadan yayına bilir və hətta Sabunçu RPİ-in 13- cü polis bölməsinə rəis müavini göndərilir. Orada bir müddət xidmət edəndən sonra nədənsə DİN-dən öz xahişi ilə uzaqlaşdırılır.
Ən maraqlısı odur ki, həmin vaxt Vüqarın qayınları olan Zöhrab və Elnur Qəribov qardaşları da ( millət vəkili Fərhad Qəribovun oğlanları ) DİN-dən təcili olaraq xaric olunurlar.

Məlumat üçün bildirək ki, Zöhrab Qəribovun sonuncu xidməti vəzifəsi DİN-in Baş CAİ-də baş əməliyyat müvəkkili və qardaşı Elnurun vəzifəsi isə Nərimanov RPİ-in 17-ci polis bölməsinin rəisi müavini olub.
Növbəti yazıda “yeznə-qayınlar”ın DİN-dən təcili xaric olunmaqlarının səbəbinə toxunacağıq. Eyni zamanda bu şəbəkənin geniş biznesindən və konkret olaraq Baş prokurorun köməkçisi Namiq Məmmədovun (Ziya Məmmədovun qardaşı oğlu) ZQAN ( hazırda GARANT ) holdinqin bir qolu olan və yollarda kommunikasiya işləri və “otkat” əməliyyatıyla da məşğul olan AzPOD şirkəti barədə bəhs edəcəyik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az )

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR