“Azercell” müştərilərə problem yaratdı

скачанные файлыBu gün saat 14:00-dan 14:30-dək “Azercell” mobil rabitə operatorunun şəbəkəsi gözlənilmədən və müştərilərə heç bir xəbərdarlıq edilmədən kəsilib.

Mobil rabitə şirkətinin bütün əlaqələri rabitə imkanlarından məhrum olub.

Şirkət virtualaz.org saytının problemlə bağlı ona ünvanlanan sorğusuna yalanla cavab verməklə kifayətlənib. Şirkətdən bildirilib ki, rabitədə heç bir problem yoxdur.

Halbuki “Azercell” şirkətinin rabitə xidməti yarım saat ərzində iflic vəziyyətdə olub. Digər mobil rabitə operatorları bu müddət ərzində normal fəaliyyət göstəriblər. “Azercell” isə rabitənin kəsilməsinin səbəbləri barədə şərh vermək istəməyərək yalnız problemin mövcudluğunu inkar etməklə işini bitmiş sayır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR