Elmar Vəliyevin müavini işdən çıxarıldı

1448875457_0001Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev vəzifəsindən azad olunub.

Report xəbər verir ki, N.Həmzəyevin yerinə təyinat olmayıb və hazırda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsi boşdur.

Qeyd edək ki,1983-cü il təvəllüdlü N.Həmzəyev 2015-ci ilin martın 19-dan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, noyabrın 1-də keçirilən parlament seçkilərində Gəncənin 38 saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. N.Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədridir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR