Salyanda içməli su böhranı yarandı – FOTOLAR

239706Son günlər havaların qeyri-sabit keçməsinə baxmayaraq, Kür çayında suyun səviyyəsi aşağı düşüb. Bu, özünü daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində göstərir.
Belə ki, təkcə son bir həftədə rayon ərazisində Kürün səviyyəsi 80 santimetrə yaxın aşağı düşüb. Nəticədə çayın ortasında yenidən adalar əmələ gəlib.
Əhalini içməli su ilə təmin edən nasoslar quruda qalıb. Salyan rayonunun əhalisinə içməli suyun verilməsində çətinliklər yaranıb.  Mütəxəssislərin fikrincə, payız aylarında çayda suyun səviyyəsinin aşağı düşməsi halı Kür çayı üçün qeyri-xarakterikdir. Bu fəsildə Kür çayında əsasən bolsululuq müşahidə olunur.
Qeyd edək ki, çayın səviyyəsi aşağı düşsə də, gələcək daşqınların qarşısını almaq məqsədilə Kür çayı üzərində yeni tikilən körpünün ətrafında bəndbərkitmə işləri də aparılır. Körpünün sağ və sol hissələrində uzunluğu 280 metr olan istinad divarları torpaqla doldurulur və bəndlər bərkidilir.(“Report”)qaynarimage960754 qaynarimage157707 qaynarimage327336 qaynarimage489461 qaynarimage626351 qaynarimage702812 qaynarimage892170

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR