Putin işıq probleminə görə Krıma getdi

120116_res_01Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də Krıma rəsmi səfərə gedib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, prezidentin Krım səfəri noyabrın 22-dən bəri burada yaşanan enerji böhranı ilə bağlıdır. Putin Krımda bir neçə istehsal və xidmət müəssisəsinə baş çəkəcək.

Prezidentin tanış olduğu ilk müəssisə “Krımenerqo” QSC olub. Putin Simferopol şəhərində Krım enerji-körpüsünün açılışında iştirak edib. İlk xəttin açılışını edib. Rusiya prezidenti energetiklərə 1,6 milyon nəfər əhalisi işıqsız qalan Krımı enerji ilə fasiləsiz təmin etmək məqsədilə görülən işləri, o cümlədən Kerç körfəsinin dibi ilə kabel çəkilişini sürətləndirmək tapşırığı verib.

Rusiya prezidentini Krım səfərinin neçə gün çəkəcəyi barədə məlumat verilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR