Əfsanəvi futbolçu vəfat etdi- Fotolar

80648

Sovet futbolunun əfsanəvi simalarından biri olan Fyodor Çerenkov vəfat edib.

Qafqaznews.az APA-ya istinadən verdiyi məlumata görə, F. Çerenkov oktyabrın 4-də səhərə yaxın yerli vaxtla saat 04.00 radələrində 55 yaşında dünyasını dəyişib. O, psixi pozuntudan əziyyət çəkirmiş.

F. Çerenkov karyerasının böyük hissəsini (1977-1993) “Spartak” (Moskva) komandasında keçirib. Bu komandanın heyətində 398 matç oynayıb və 95 qol vurub. Üç dəfə SSRİ çempionu olub. SSRİ yığmasında 34 dəfə forma geyib və 12 qol vurub. Hazırda “Spartak” klubunun futbol akademiyası Çerenkovun adını daşıyır.

13037333537

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR