1,5 milyard dollarlıq xəzinə tapıldı

settuyyuy_3r87tf75757Əsrlər əvvəl Kolumbiyanın Kartahena şəhərinin sahillərinin yaxınlığında batmış “San Xose” ispan qaleonunun qalıqları tapılıb.
Qaleonun yükü zümrüd, yaqut qaşlar, habelə qızıl və gümüş pullardı.
Milli.Az Reuters-ə istinadən bildirir ki, bunu Kolumbiya prezidenti Xuan Manuel Santos deyib.swegrytyuy_358767677Dövlət başçısı olayla bağlı daha geniş informasiyanı bu gün keçirəcəyi mətbuat konfransında açıqlayacaq.
“San Xose” qaleonu 1708-ci ildə Karib dənizində, Kartahena şəhər-qalasının yaxınlığında batıb. Bu gəmi ispan kralı 5-ci Filippin hərbi donanmasının bir hissəsi idi.
Qaleonda təqribən 1,5 milyard dollarlıq xəzinənin olduğu deyilir.
2011-ci ildə qaleon Kolumbiya dövlətinin mülkiyyəti elan olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR