Obama gedir, Buş gəlir?

img1647172

Keçmiş prezident Corc Buş mətbuata açıqlama verib

ABŞ-ın 43-cü prezidenti Corc Buş qardaşı Ceb Buşun prezident olmaq istədiyini açıqlayıb. Corc Buş bu barədə yerli televiziya kanalarından birinə müsahibəsində deyib.

Corc Buş 2016-cı ildə prezident seçkilərində qardaşı Ceb Buşu dəstəkləyəcəyini deyib.

“Məncə o, prezident olmaq istəyir və ondan mükəmməl dövlət başçısı olar. Ceb Buş rəhbər olmağın nə məna verdiyini çox yaxşı başa düşür. Hesab edirəm ki, qardaşım Respublikaçıların namizədi olacaq Hillari Klintona layiq rəqibdir”, deyə Corc Buş bildirib.

Qeyd edək ki, Ceb Buş özü prezident olub-olmayacağı ilə bağlı fikirini gələn il söyləyəcəyini deyib.

 ANS PRESS

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR