Əlillər iki gündür işıqsız qalıb

1449734035_0001Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 9-da yerləşən Mərdəkan Müalicə Pansionatına iki gündür ki, elektrik enerjisinin verilməsi dayandırılıb.

Bu barədə Moderator.az-a müalicə pansionatında yaşayan əlilər məlumat veriblər.

Onların sözlərinə görə, elektrik enerjisinin verilməsi borca görə dayandırılıb.

Əlilər elektrik enerjisinin kəsilməsinin onların üçün çox ciddi problemlər yaratdığını deyirlər.

Ümid edirlər ki, məhz onların çətin durumu nəzərə alınacaq və elektrik enerjisinin verilməsi bərpa ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR