Jerar Depardyedən şok etiraf: “Gəncliyimdə fahişəliklə məşğul idim…”

66684_res_01

Məşhur fransalı kino aktyoru, hazırda Rusiya vətəndaşı olan Jerar Depardye özünün yeni çapdan çıxmış “Nə oldusa, oldu” adlı kitabında şok etiraflarla çıxış edib.

Virtualaz.org saytının xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, J.Depardye yazır ki, gənc yaşlarında fahişəliklə məşğul olub və yol kənarında dayanaraq yük maşınlarının sürücülərinə intim xidmət göstərib.

“Jerar gənclik illərində mərkəzi Fransada, Şatoruda təzə qəbirləri soyurdu, dava-dalaşlara girirdi, siqaret qaçaqmalçılığı ilə məşğul olurdu və yoldan küçən yük maşınlarının sürücülərinə intim xidmət göstərərək fahişəliklə məşğul idi” – deyə J.Depardyenin kitabına istinadla “The İndependent” yazır.

Aktyor yazır ki, anası ona hamilə olanda öz-özünü abort emək istəyib: “Mənim kasıb anam üçüncü uşağından, mən Jerardan yaxa qurtarmaq üçün özünə bu millərlə xətər yetirmişdi. Ancaq mən sağ qaldım”.

66685_src

J.Depardye bildirir ki, dəmirçiliklə məşğul olan atası alkoqolik olub. Aktyorun yazdığına görə, əyyaş atası savadsız adam idi və onu “Dede” deyə çağırırdı. Çünki onun tanıdığı yeganə hərf “D” idi.

Aktyor yazır ki, o, Şatorudan qulaqlarında Rasinin musiqisi ilə Parisə qaçıb, 1974-cü ildə ilk dəfə filmdə çəkilərək məşhurlaşıb.

Giyom Depardye

Məşhur aktyorun yeni kitabı onun oğlu ilə münasibətlərinə də aydınlıq gətirir. J.Depardye yeganə oğlu, talantlı aktyor Giyomla küsülü olub.

Giyom Depardye 2008-ci ildə 37 yaşında pnevmoniyadan ölüb. O, 1995-ci ildə motosikklə qəzaya düşüb və aldığı xəsarətə görə 32 yaşında ayağını kəsiblər. Aktyorun oğlu narkoman olub. O da atası kimi fahişəliklə məşğul imiş.

Virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR