Adam döyənlər 2 ay həbs edilə bilər – VİDEO

1450163606_0001Azərbaycanda “adam döymə”yə görə həbs müddəti artırılır. Milli Məclisdə bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

“Adam döymə” hallarının geniş yayılmasının qarşısını almaq üçün bu cür hala yol verən şəxslərə 3 ay azadlıqdan məhrumetmə cəzası veriləcək.

Hazırda döymə və digər hərəkətlərlə qəsdən fiziki ağır xəsarət yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarında cərimə tətbiq edilir. İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs də verilə bilər.

Yeni layihədə bu müddətin 2 ayadək olması təklif edilir.

Hüquqşünas Tahir Əlirzayevin fikrincə, həbs müddətinin artırılması bu işi törətmək istəyənləri fikrindən daşındırmayacaq. Çünki bu cəza törədilən əmələ adekvat deyil. İslah üçün cərimənin artırılması daha məqsədəuyğundur:

“500 manatdan 1000 manatadək cəriməni, 3 mindən 5 min manatadək artırılması gərəkir. Bu zaman həmin şəxs həm islah olunacaq, həm də dövlət büdcəsinə gəlir gətirəcək. 15 günlük inzibati həbsə gəlincə, bu müddət 1-2 aya qədər olsun”.

Qeyd edim ki, ötən ilə qədər Cinayət Məcəlləsində adam döymə cinayət hesab edilirdi.

Sonradan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bu əməl inzibati xəta kimi tövsiyə olundu.anspress

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR