Keçmiş arvadını öldürdü, özünü binadan atdı – FOTO + YENİLƏNİB

Depositphotos_48416805_m-2015_600x400_defaultFaktla bağlı araşdırma aparılır.

Bu gecə Bakının Binəqədi rayonunda baş vermiş dəhşətli cinayətin təfərrüatı məlum olub.

Qafqaznews.az  xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 28 yaşlı Gülnar Axundovanı mübahisə zəminində qətlə yetirib.

Belə ki, dünən keçmiş arvadının yaşadığı binanın qarşısına gələn S.Axundov binanın blokunda onunla mübahisə edib.

Bu zaman S.Axundov özü ilə gətirdiyi bıçaqla keçmiş həyat yoldaşına bir neçə zərbə endirərək onu öldürüb. Daha sonra piyada şəkildə hadisə yerindən uzaqlaşan 39 yaşlı Samir 7-ci mikrorayon ərazisinə gəlib və buradakı 17 mərtəbəli binaya çıxaraq özünü atıb.

O, hadisə yerindəcə keçinib.

S.Axundov həmin binada yaşamadığından onun ozünü konkret neçənci mərtəbədən və ya binanın damından atması hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Axundovlar ailəsinin 1 azyaşlı övladı qalıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda başlanmış cinayətişinin istintaqı davam etdirilir.

01:44

Bakıda ağır cinayət hadisəsi baş verib.

Qafqaznews.az  APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib.

Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra 8 mikrorayondakı Nizami Nərimanov küçəsində yaşadığı evdə baş verib.

Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb və boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. O, dərhal hadisə yerini tərk edib.

Qadın təcili tibbi yardım briqadası tərəfindən yaralı vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin 28 yaşlı Gülnar Axundovanın həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib.

Samir Axundov isə Gülnar Axundovanı bıçaqladıqdan sonra öz evinə qayıdıb. O, evinə qayıtdıqdan sonra yaşadığı mənzilin pəncərəsindən özünü ataraq, intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Cinayətin motivi hələlik məlum deyil.1 2 3 8eaec844ac4f0faebfe1edb1a0c9c8ba

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR