Moskvada Lavrov-Kerri danışıqları başladı

verybig (1)Görüşün mərkəzi mövzusu Suriyadakı vəziyyət olacaq.

Dekabrın 15-də Moskvada Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında danışıqlar başlayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, görüşdə mərkəzi mövzunun Suriyadakı vəziyyət və beynəlxalq terrorizmlə mübarizə üzrə səylərin birləşdirilməsi perspektivləri olacağı gözlənilir.

Bundan başqa, gözlənilir ki, xarici siyasət idarələrinin rəhbərləri daha sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəklər.

Kerrinin səfəri ərəfəsində Rusiya tərəfi   göstərilmiş mövzular üzrə Vaşinqtonun mövqeyi ilə bağlı bir sıra suallarının olduğunu bəyan etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR