“Fəhlələrin ölümü SOCAR rəhbərliyinin məsuliyyətsizliyinin nəticəsində baş vermişdir”

cms-image-0000067151Bu ilin dekabrın 4-də güclü tufan 10-cu dərin dəniz özülündə  qaz borusuna xəsarət yetirməsi nəticəsində yanğın baş vermişdir.
Yanğın zamanı platformada 63 nəfər var idi. Rəsmi məlumata görə yanğın nəticəsində 1 nəfər həlak olmuş,30 nəfər itkin düşmüşdür.(APA)
“Dekabrın 4-də 10-cu dəniz neftçıxartma platformasında baş verən qəza işləri ilə bağlı bəyanatları və KİV-lərin əksəriyyəti tərəfindən faciənin hansısa bədbəxt hadisə kimi işıqlandırılması, faciə vaxtı insanların ölümündən sonra insanların qeyri-səmimi birləşmə təşəbbüsü, hadisənin qanunauyğunluq kimi deyil, təsadüfü hadisə kimi təqdim etməyə çalışması ilkin gözləntiləri bir daha təsdiq etdi.905321de025a8625992afd7103fe5bb0-300x200
Socarı-ın prezidenti öz helikopterini tufanda platformaya otuzdurmağa çalışan qəhrəman kimi ,FHN isə xilas olanların xilaskarı kimi təqdim edilir.
Socar-ın məsul şəxsləri yanğının yaranma səbəbləri, platforma personalının atdığı addımlar ,xilasetmə əməliyyatları haqqında mətbuat konfransında danışmışlar,lakin əsas suala cavab verilmədi.Faciə ərəfəsində kompaniyanın rəhbərliyinin faciənin son dəqiqəsinə qədər atdığı addımları doğru olmuşdurmu?
Dəniz neftçilərinin gözlənilən tufan barədə məlumatlandırılması və personalın təhiükəsiz yerdə yerləşməsi haqqında sərt qayda mövcuddur. BP şirkəti belə də etmişdir.”Tufandan bir gün əvvəl BP şirkəti 300 işçini “Qurban Abbasov” gəmisində tufandan qorumaq üçün sahilə çıxartmışdır” Bunları “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib.(minval.az)
SOCAR rəhbərliyi gözlənilən tufan haqqında xəbər tutmaya bilərdimi?
Cavab üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya müraciət etdik.images75-300x162
“Bu ilin dekabrın 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında tufan haqqında məlumat yerləşdirilmişdi.Tufan haqqında hamının məlumatı var idi”,-deyə İradə İbrahimova Qafqaznews.org– açıqlamasında bildirdi.

Niyə SOCAR bp- dən fərqli olaraq öz fəhlələrini xilas etmədi?
Bu sualın cavabını almaq üçün biz SOCAyangin2_1R şirkətinin mətbuat şirkətinin rəhbəri Nızaməddin Quliyevlə əlaqə yaqratmağa çalışdıq. Lakin təəssüf olsun ki,buna nail ola bilmədik.
Onda biz 10-cu platformada yanğınla bağlı yaradılan “Qaynar xətt”ə zəng etdik.
“Biz bilmirik”- ,deyə bizə SOCAR əməkdaşı bildirdi.(Təəssüflər olsun ki,o bizə ad və soyadını demədi-Müəllifin qeydi)
“Qulaq asın,axı siz nəyi bilmirsiniz? Sız bilmirsiniz ki,dekabrın 4-də tufan olmalı idı? Yoxsa bilmirsiniz ki,bp özünün 300 nəfərini fəlakət zonasından çıxartmışdır?”- deyə bizim müxbir soruşdu.
“Biz bilmirik” deyərək SOCAR işçisi dəstəyi asdı.
“Fəhlələrin həlak olması SOCAR rəhbərliyinin məsuliyyətsizliyi nəticəsində baş`verdi. SOCAR rəhbərliyi mütləq tufan ərəfəsində öz adamlarını platformadan çıxartmalıdır”

46944_src-300x199Bunu qafqaznews.org saytına“Turan ““Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev dedi .
“Əgər qəza birinci dəfə baş verirsə bu təsadüf ,ikinci dəfə baş verərsə bu üst-üstə düşmək,əgər üçüncü dəfə baş verərsə bu artıq qanunauyğunluqdur”,- hadisəni Mehman Əliyev belə izah etdi. Mehman Əliyev yada saldı kı, SOCAR platformasında qəza artıq üçüncü dəfə baş vermişdir.

Sözardı: Xilas olunan fəhlələrdən biri -Məlik Həsənovun dediyinə görə,tufan günü onlar işdən azad edilmişdilər.
”Bizə dedilər ki,güclü tufan olacaq”-bunu Malik Həsənov dedi.
Belə çıxır ki,SOCAR rəhbərliyi tufanın olacağından məlumatlı idi, lakin buna baxmayaraq fəhlələr platformadan çıxarılmamışdır.
“Tufanın gözlənilməsini biləndən sonra,SOCAR rəhbərliyi platformada qalan fəhlələrin xilası üçün qərərgah yaratmalı idi. Lakin Dövlət neft şirkətinin rəhbərliyi heç bir tədbir görmədi”- “Turan” agentliyinin rəhbəri Mehman Əliyev Malik Həsənovun sözlərini belə şərh etdi.
Rəşad Rüstəmov

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR