Narkoman oğru: “Direl, laqonda götürdüm, işlədib qaytaracaqdım” (VİDEO)

1“10 manat pulum var idi, getdim bir dənə aldım”

14 illik həbsdən sonra azadlıqda 1 il qala bilmədi.Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları rayon ərazisində şübhəli şəxs qismində olan Sumqayıt şəhəri Corat qəsəbə sakini Elşən Talıbovu saxlayıb. İdarədə onun üzərinə baxış zamanı ondan narkotik maddə olan marixuana aşkar olunaraq götürülüb.

39 yaşlı Elşən daha öncə 14 il həbs yatdığını deyir. 2014-cü ilin dekabr ayının 30-da həbsdən çıxdığını bildirir. Uzun müddətdir ki, narkotik istifadəçisi olduğunu deyən Elşən bu dəfə də “ağ ölüm”ə tamah salıb.3

“5-6 ildir ki, narkotik istifadəçisiyəm. Əvvəllər də tutulmuşam. 10 manat pulum var idi, getdim bir dənə aldım, Nəsimi bazarının yanından. İstifadəçisiyəm də, xəstəyəm. Saray yolunda tutdular məni”.

İdarədə aparılan istintaq zamanı məlum olub ki, Elşənin cinayət əməlləri bununla da bitmir. Belə ki o, işlədiyi yerdən tikinti materiallarını da oğurlayıb.

“İşlədiyim yerdən direl götürmüşəm, bir dənə də laqonda. Lazım idi, ona görə götürdüm, işlədib qaytaracaqdım”.

İndi Elşənin 11 ay 16  gündən sonra yolu yenə həbsdən keçəcək.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR