Yevlaxda qadınları satan şəxs tutuldu – VİDEO

21Əxlaqsızlıq yuvası aşkarlanıb.

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında, Yevlax rayonunun Səmədabad kəndi ərazisində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən, Səmədabad kənd sakini Tofiq İdris oğlu Əliyev saxlanılıb.

Kafe sahibi Tofiq İdris oğlu Əliyevin əxlaqsız yuva saxlaması aşkar edilmişdir” deyə müstəntiq Səxavət Mirzəyev bildirib.

Saxlanılan şəxs Tofiq Əliyev də törətdiyi əməli etiraf edib:

“Priton üstündə saxlanmışam. Səhv etmişəm”.

Faktla bağlı cinayət işi açılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR