Deputatın qohumu maşınla iki tələbə qızı vurdu – FOTOLAR

240484Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Tükəzban Cahangirova idarə etdiyi avtomobillə LDU-nun iki tələbəsini vurub.

“Report”un xəbərinə görə, hadisə universitetin tədris korpusunun qarşısında baş verib.

Şahidlərin bildirdiyinə görə, qulaqcıqdan istifadə edən qızlar nəqliyyat vasitəsini görməyiblər. Hər iki tələbə xəstəxanaya aparılıb. Onların ciddi xəsarət almadığı bildirilir.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən pedaqogika üzrə fəlsəfə doktoru, şair-publisist Tükəzban Cahangirova deputat Hüseynbala Mirələmovun qohumudur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR