Biznesmenin evinə oğurluğa girdi, öldürüldü – VİDEO

1450242411_0001Ermənistan polisi məşhur biznesmen, “Elit Şant” şirniyyat fabrikinin sahibi Yuri Qaribyanın evinə edilən basqınla bağlı videomaterial yayımlayıb.

Bu barədə AzVision.azerməni KİV-nə istinadən xəbər verir
Polisin yaydığı məlumata görə, ötən gün saat 15:00 radələrində cinayətkar biznesmenin evinə daxil olub. Lakin burada ev sahiblərinin müqaviməti ilə rastlaşıb  onlara atəş açıb. Evdə olan şəxslərdən biri cinayətkara bıçaq zərbəsi endirib. Aldığı zərbədən huşunu itirən oğru xəstəxanada özünə gəlməyərək ölüb.

Məlumatda evə basqın edənin 39 yaşlı Qevorq Sarkisyan olduğu. Onun daha əvvəl özünə məxsus yanacaq doldurma məntəqəsi olduğu vurğulanır.

İlkin məlumatlara görə, basqın zamanı evdə Qaribilyanın anası, qaynanası və azyaşlı körpələr olub. Hazırda evdə olanlardan kimin cinayətkarı vurduğu bilinmir.

Qeyd edək ki, daha əvvəl erməni KİV-i basqın zamanı iki qadının yaralanaraq “Ermənistan” Tibb Mərkəzinə gətirildiyini yazıblar. Hazırda onlar ümumi cərahiyyə şöbəsindədilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR