Xalq artisti klip çəkilişlərinə hazırlaşır.
Publika.az xəbər verir ki, Azərbaycanın xalq artisti Aygün Kazımova “Gecəyarı” adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına buraxıb. İki sevən şəxsin münasibətindən danışan mahnı kifayət qədər dinamik bəstədir.
Aygün Kazımova adıçəkilən mahnıya klip çəkdirmək barədə düşündüyünü də açıqlayıb.
Qeyd edək ki, mahnının musiqisi Tərlan Məmmədhüseynova, sözləri ilə Azər Şirinə aiddir.