Salyan sakinindən maraqlı ixtira – Səyyar evdə hər şərait var (VİDEO – FOTO)

seyyarev-1Divan, kreslo, televizor, kompyuter masası, yataq otağı, mətbəx.

Salyanda rayon sakini avtomobilə qoşula bilən daşınan ev düzəldib. Görənlərin heyrətinə səbəb olan səyyar evdə bütün lazımi şərait var.

Divan, kreslo, masa, və mətbəx. Bütün bunlar hər hansı bir mənzildə yox, avtomobildədir — daşına bilən ev şəklində. İçərisində hər bir şərait yaradılan bu səyyari evi Salyan rayon sakini Elçin Əzizov düzəldib. Orta təhsilli olan Elçin deyir ki, ona bu addımı atmağa sövq edən əkin sahəsində işləyərkən istirahət etməsi üçün sığınacağa yaranan ehtiyac olub.

Elçin 45 gün ərzində ərsəyə gətirdiyi səyyari evin layihəsini internetdən əldə edib. Bunun düzəldilməsində istifadə olunan detallar isə «Qazel» və «Qaz-31» markalı avtomobillərə məxsusdur.

Daşınan evin ümumi sahəsi 10 kvadratmetr, çəkisi isə 1 ton 600 kiloqramdır. Onun əsas hissəsini yataq otağı tutur ki, burada televizor, hətta kompüter üçün xüsusi masalar da quraşdırılıb. Otaqların işıqlandırılması üçün həm 220, həm də 12 voltluq enerji mənbəyindən istifadə olunub. Daşındığı yerdə ətraf mühitin çirkləndirilməməsi üçün səyyari evin alt hissəsinə çirkab suların toplanması üçün xüsusi çənlər də yerləşdirilib.

(Region TV)

 

seyyarev-7 seyyarev-5 seyyarev-6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR