Rusiyanın cinəyətkar aləmində doğum yerinin adı ilə ləqəb verilməsi geniş yayılmışdır. Lenka Moskovski ,Nikolay Piterski və başqaları oğru dünyasının əfsanəsinə çevrilmişlər. Azərbaycan cinəyətkarları öz rus qardaşlarından geri qalmamışlar. Azərbaycanda da doğum yer
lərinə görə ləqəblər verilir.
Yaşlı təbəqənin nümayəndələri yəqin “Sprut”serialını unutmayıblar.Bu filmin qəhrəmanı komissar Kattani mafiyanı sprutla müqayisə edir,onun da ucluqları dövlət xadimlərini,polisi, qəzetlərini və sairəni əhatə edir. Mafiyaya kim müqavimət göstərirsə, sprut onu öz iti ucluqları ilə boğur.
Komissar Kattaninin dediklərini Azərbaycanda fəaliyyət göstərən mafiya klanına aid etmək olar.
Bu yaxınlarda qafqaznews.az saytında, Gəncəli ləqəbli Bahar adında qadının rəhbərlik etdiyi mafioz struktur haqqında məlumat vermişdik. Bu strukturun fəaliyyəti Azərbaycan və Dubayı əhatə edir. Amma fikirləşməyin ki, söhbət qadın alverindən gedir . Yox, onların alveri başqadır. Bahar Gəncəli əvvəllər Dubay polisində işləmiş əri Əhmədlə, oğlu Emin İsmayıllı ilə, Bakı şəhəri baş polis idarəsinin keçmiş rəis müavini Cavadağa Sultanovla (bəli, əziz oxucu,bu sizə qəribə gəlməsin) və həmin idarənin keçmiş əməliyyat müvəkkili İlqar Hüseynovla birlikdə Azərbaycan tərəfindən İnterpolun xətti ilə axtarışa verilən cinayətkarlara, Birləşmiş Ərəb Əmirliklərində gözəl həyat sürməyə imkan verən sxem işləyib hazırlamışdır.
Bu haqda məqalələrin dərcindən sonra, Bahar Gəncəli onun cinayətlərindən xəbər verən mənbənin axtarışına başladı.Beləliklə,sprut hərəkətə keçdi. ..
İlk növbədə Bahar bizə müəyyən məbləğ əvəzində bizdən mənbənin adının verilməsini xahiş etdi. Lakin ona deyildi ki, başqa informasiya agentliklərindən fərqli olaraq, Qafqaz Xəbər Agentliyi öz mənbələri ilə alver etmir.Onda Prezident Adminstrasiyasının (PA) şöbə müdirlərindən biri işə qatıldı. (Araşdırmamız başa çatmadığı üçün onun adını hələ deyə bilmərik-red.).Bizdə olan məlumata görə bu şöbə müdiri Bahar Gəncəli ilə çoxdan dost”münasibətindədirlər”.O, Dubaya gələndə Baharın səyləri ( və pulu) nəticəsində onu şərq şahzadəsi kimi qarşılayırlar. Redaksiyamız onun Baharla şəklini də əldə etmişdir .
Lakin PA-nın yüksək vəzifəli şəxsi tərəfindən belə bizə təsir etmək mümkün olmadı. Biz başladığımız araşdırmanı davam etdirdik. Bizim əldə etdiyimiz məlumata görə, İnterpol xətti ilə axtarılan şəxslərdən biri “RoyalBankın” baş direktoru Fuad Camdır.
Digər axtarışda olan şəxs ,Dubayda girov kimi saxlanılan, əvvəllər prezident köməkçisi olan, indi isə ərazi-idarəetmə orqanları üzrə məsləhətçi işləyən Tariyel Ağayevin kürəkəni Xəyal Əliyevdir. Xəyal Əliyevin atası istefada olan polis podpolkovniki, narkotiklərlə mübarizə idarəsinin rəis müavini Məzahir Əliyevdir. Məqalənin dərcindən sonra bizə Baharın Bakının prokurorlarından biri ilə “dostluğu” haqqında məlumat daxil olmuşdur. Əldə etdiyimiz həmin məlumata görə Baharın bu prokurorla və PA-nın şöbə müdiri ilə münasibətlərinin qurulmasında “Masan” ləqəbli “Dəniz Mebel” salonunun sahibi Arzu Sədrinin böyük rolu olmuşdur. Araşdırmalarımız davam edir. Növbəti məqalələrimizi izləyin.
Sənan Məmmədli
Qafqaznews.az