Ziya Məmmədova 186 saylı marşrutdan şikayət – Fotolar

1412592976Paytaxtın 186 saylı marşrut xəttində özbaşınalıq hökm sürür.

Axar.az-ın əməkdaşı xəbər verir ki, bu xətt üzrə hərəkət edən avtobusların sürücüləri məsafədən asılı olmayaraq sərnişinlərdən 30 qəpik gediş haqqı alırlar.

Bu marşrut avtobusları ilə bağlı rəsmi məlumatda qeyd olunub ki, metronun “Neftçilər” stansiyasından Maştağa qəsəbəsi istiqamətinə hərəkət edir. Bu marşrutda rəsmi gedişhaqqı 25 qəpik göstərilib. Amma şəhərdaxili üçün 20 qəpik nəzərdə tutulub.

Sürücülər isə Nəqliyyat Nazirliyinin qərarına məhəl qoymadan özləri üçün “tarif” müəyyənləşdiriblər.

Hətta 186 saylı marşrutun sürücüləri o dərəcədə həddi aşıblar ki, sərnişinlərdən 40 qəpik belə tələb edirlər. Sərnişinlərin şikayətinə isə heç bir məhəl qoymurlar. Sürücülər nazirlikdən qorxmadıqlarını bildirirlər. Sərnişinlərə kimə istəyirlərsə şikayət edə biləcəklərini söyləyirlər.

Sərnişinlərdən biri Axar.az-a müraciət edərək nazirlikdən 186 saylı marşrut barəsində tədbir görülməsini xahiş etdi: “Mən “Neftçilər”dən “Komsomol” dairəsinə qədər gəlmişəm. Həmişə bu istiqamətdə gediş haqqı 20 qəpik olub.

Ancaq 186 nömrəli marşrutda işləyənlərin öz qiyməti var. Onlar sərnişindən 30 qəpik tələb edir, kobud danışır, özlərini yüksək rütbəli şəxs kimi aparırlar. Nazirlikdən də qorxmadıqlarını deyirlər. Mən çox xahiş edirəm ki, cənab nazir Ziya Məmmədov bu marşrutlarda reyd keçirilməsi üçün tapşırıq versin.

Onların etdiyi qanunsuzluqdur. Heç bir halda gedişhaqqı bu məsafə üzrə 30 qəpik ola bilməz. Ancaq Maştağa qəsəbəsinə gedənlər üşün 30 qəpik nəzərdə tutulub. Sürücülər isə özbaşınalıq edirlər”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR