İtaliyada 1 Avroya evlər satılır

403102823İtaliyaya məxsus Siciliya adasının Gangi qəsəbəsində əhalinin azalmasıyla boşalan evlərə turistləri cəlb etmək üçün yeni bir qərar qəbul edilib​​

Sputnik-in məlumatına görə, Qəsəbə Şurası əksəriyyəti tərk edilmiş və ya sahiblərinin vəfat etməsindən sonra boş qalmış 20 evi satışa çıxarıb. Evlər, 1 Avroya satışa çıxarılıb. Lakin bu rəqəm bir qədər simvolikdir.

Evləri almaq üçün bəzi şərtlər var. Bu evləri almaq istəyən şəxslər Qəsəbə Şurasına evləri yeniləmək üçün 5 min avro xərcləyəcəklərinə dair zəmanət verməlidirlər. Evlərin bərpasından sonra Şura bu pulu ev sahiblərinə geri verir. Və evlərin “yaşana bilinən ev” statusunu alması üçün evin yeni sahibləri ən azı beş il evdə yaşamalıdırlar.

1 Avroya satılan evlərdən çoxunun istifadəsiz qaldığı, bu evlərin təmirinə ən az 35 min Avroya qədər pul lazım olduğu bildirilir.

Evi almaq istəyənlər eyni zamanda bəzi qanuni xərcləri də çəkməli və əmlak vergisinə görə 6 min Avroya qədər ödəniş etməlidirlər.403102838

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR