ŞOK: Seriallara ayrılan pullar araşdırılır

1412674296

Azərbaycan efirində nümayiş olunan yerli seriallarla bağlı təftişə başlanır.

Axar.az-a telekanalların birindəki mənbədən verilən məlumata görə, serial çəkilişlərində xərclənən vəsaitlər, onların şəffaf sərf olunması, bir seriyanın smeta dəyərinin nə qədər olması, aktyor, rejissor və texniki heyətə verilən qonorarlar araşdırılacaq.

Mənbə iddia edir ki, hüquq-mühafizə, habelə vergi orqanlarına şikayət və müraciətlər daxil olub. Bu məktublarda qeyd olunur ki, serial çəkilişlərinə ayrılan pulların xərclənməsində qeyri-şəffaflıq var. Prezident tərəfindən birbaşa ayrılan bu vəsaitlərin mənimsənildiyi iddia edilir.

Qaynağımızın sözlərinə görə, serial çəkilişlərinə cəlb olunan rejissorlar peşəkar aktyorlardan daha çox qohum-əqrəba ilə işləməyə üstünlük verirlər.

Qeyd edək ki, 2013-cü ildən ölkə prezidenti tərəfindən milli serialların çəkilməsinə vəsait ayrılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR