Bakı havasında xoşagəlməz iy

122699_res_01Bu gün paytaxtın bəzi ərazilərində xoşagəlməz iy müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, səhər saatlarında Səbayel və Xətai rayonlarının dənizkənarı ərazilərində xoşagəlməz iy qeydə alınıb.

“Biz hər gün monitorinq keçiririk, hava nümunəsi götürüb, analiz edirik. Bu gün də belə təcrübə həyata keçirmişik və qaz qarışıqlarımızda elə bir artım müşahidə olunmayıb. Bu, sadəcə əlverişsiz metereoloji şəraitlə bağlıdır. Həm temperaturun aşağı olması, həm də istilik qüvvəsinin yüksək olması və küləklərin olmaması bir müddət qaz qabarcıqlarının havadan asılı qalmasına səbəb olub ki, bu da xoşagəlməz iylə səciyyələnib. Xoşagəlməz iy ən çox kükürd iyinə bənzər olub”, – deyə qurumdan bildiriblər.

Nazirlikdən onu da əlavə etdilər ki, xoşagəlməz iy səhər radələrdə daha çox müşahidə olunsa da, günortaya doğru azalıb, axşam isə küləyin başlaması ilə əlaqədar tamamilə yox olacaq. Qurum nümayəndəsi qeyd edib ki, xoşagəlməz iy insan sağlamlığına heç bir təhlükə törətməyib, sadəcə iyin pis olması bəzi insanlarda diskomfort hissi yaşadıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR