Varlı Tehran qızlarının bu şəkilləri mollaları qəzəbləndirdi – (Fotolar)

66837_res_01

İranda İnstagram sosial şəbəkəsində varlı uşaqlarını bir araya toplayan səhifə açılıb. Bu səhifənin fəaliyyətə başlaması İranın mühafizəkar kəsimini bərk qəzəbləndirib.

Virtualaz.org saytı xəbər verir ki, “Rich Kids of Tehran” (“Tehranın varlı uşaqları”) adı altında açılan İnstagram səhifəsində İranın varlı gənclərinin lüks və zəngin həyatını əks etdirən görüntülər yer alır.

İranlı zəngin gənclər bu səhifədə paylaşdıqları dəbdəbəli həyatlarının görüntüləri ilə mollaları əsəbiləşdirib.

Bir ay əvvəl açılan səhifəyə 20 mindən artıq şəxs qoşulub.

Xatırladaq ki, İranda belə lüks həyatlarını nümayiş etdirmək, şəriət qaydalarına zidd olan hərəkətlər etmək və bunları sosial şəbəkələrdə paylaşmaq qadağandır. Bunu edən gənclər cəzalandırılır. Elə ötən ay “Happy” mahnısına klip çəkən 6 gəncin cəzalandırılması kimi. Onlar hərəyə 91 şallaq zərbəsi ilə cəzalandırılmışdılar.

Virtualaz.org

66846_src

66838_src66839_src66840_src66841_src66842_src66843_src66845_src66848_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR