Tavandan içəri girdilər, kameraları sındırıb, mağazanı yardılar (VİDEO – FOTO)

maqaza-1Binəqədi rayonunda mağazadan oğurluq edilib.

Hadisə Binəqədi rayonu 28 may qəsəbəsində yerləşən mağazada qeydə alınıb. Mağaza sahidi Pərviz Qarayev hərmişə olduğu kimi bu dəfə də gecə dükanı bağlayıb evinə gedib. Səhər saatlarında mağazanın qapısnı açanda xoşa gəlməz mənzərə ilə rastlaşıb. Mağazada oğurluğun baş verdiyini anlayan zərərçəkən dərhal Binəqədi rayon Polis İdarəsinə məlumat verib.

Cinayətkarlar mağazada olan təhlükəsizlik kameralarının naqillərini tavandan içəri daxil olan zaman kəsiblər. Daha sonra özləri ilə gətirdikləri xüsusi avadanlıqlarla ödəmə aparatını qırıblar. Onun içərisindəki pulları götürərək mağazanı tərk ediblər.

Binəqədi rayon Polis İdarəsinin kriminal ekspertizasının əməkdaşları hadisə yerində əl- barmaq izləri götürüblər. Cinayəti törədən şəxslərin müəyyən olunaraq tutulmaları istiqamətində əməliyyat- axtarış tədbirləri davam edir. (Region TV)

maqaza-2 maqaza-3 maqaza-4

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR