Azərbaycanda spirtli içkilərə qoyulan vergilər artırıla bilər

newsbel.by-19.10.2015-hClEAZr9I8r8h1JfmdRqypCAlR8vmvcEİlham Əliyev sərəncam imzalayıb.

Azərbaycanda spirtli içkilərə qoyulan vergilər artırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin 23 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”daəksini tapıb.

Strategiyaya əsasən 2016-2017-xi illər ərzində Spirtli içkilərdən sui istifadənin azaldılması üçün pərakəndə satılan spirtli içkilərin uşaqlar üçün əlçatanlığının məhdudlaşdırılması, spirtli içkilərin reklamına qoyulan məhdudiyyət və qadağaların işləməsinin təmin edilməsi, spirtli içkilərin təsiri altında nəqliyyat vasitələrinin idarə olunmasına qoyulan qadağaların işləməsinin təmin edilməsi, spirtli içkilərə qoyulan vergilərin artırılması, spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yeniləşdirilməsi nəzərə alınmaqla qanunvericilik təkmilləşdiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR