Abdin Fərzəliyevin vəzifə olimpinə yüksəlməsinə səbəb olan xanım kimdir?

241153I müavini Şahmar İbadovun “fəaliyyətinin” nəticəsi olaraq uzun illər mətbuatın diqqətindən kənarda qalmağı bacaran Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev istəyinə sona kimi nail ola bilmədi.
Uzun illər başçılıq etdiyi rayonu Şahmar İbadovun vasitəsilə idarə edən A.Fərzəliyev haqqında məlumatlar artıq serial şəkildə mətbuatda dərc olunmaqdadır. İcra başçısının məlumat dosyesi o qədər zəngindir ki, artıq I müavinin çabaları belə həmin məlumatların dərcinə mane ola bilmir. Bir neçə gün öncə Nərimanov rayon İcra Hakmiyyəti başçısının rayon ərazisində geniş sayda yaşayış kompleksləri inşa edən sahibkar tərəfindən, ona hədiyyə edilən mənzillərə qohumlarını kompakt şəkildə yerləşdirilməsi və özünə yaxın olan gənclərə dövlət nömrə nişanları taxılmış avtomobillər verməsi haqda dərc etdiyimiz informasiyadan sonra, conflict.az-a A.Fərzəliyevin keçmişi ilə bağlı daha ilginc məlumatlar daxil olmağa başladı. Məlumatı verən mənbə bildirdi ki, A.Fərzəliyevin Yeni Azərbaycan partiyasına gəlişi, onun partiyanın Mərkəzi Aparatında çalışması və mərhələ – mərhələ vəzifə olimpinə yuksəlməsinin səbəbkarı sadəcə bir xanım imiş.
Hələ ki, adını çəkmədiyimiz həmin xanımı ölkə mediası və siyasi hakimiyyət ölkədaxili səs-küylü bir neçə hadisələrdən sonra yaxşı tanıyır. Mənbə bildirdi ki, cənab Fərzəliyevin həmin xanımdan üz çevirməsinin səbəbi isə İcra başçısının Almaniyada bir-birinin ardınca iki mənzil alması olub. Sual oluna bilər ki, əcaba bir şəxsin zəhmətlə və ya əksinə hətta zəhmətsiz qazandığı vəsaitlə hansısa əmlak almasının onun dostluq etdiyi şəxsə nə aidiyyatı ola bilər? Məlumatı verən mənbə onu da bildirdi ki, əgər nəzərə alsaq ki, Almaniyada alınan mənzilləriə A.Fərzəliyevin müstəvisindən baxanda on illik ilginc hesab olunan tarixçəsi var, onda bu ayrılığın səbəblərini aydınlatmağa ehtiyac da qalmazdı.
A.Fərzəliyevin Rusiya prezidenti tərəfindən ordenlə təltif edilməsindən sonra bəzi media orqanları cənab başçını səhvən Rusiyanın adamı hesab etdilər. Biz Conflict.az olaraq bu tip iddiaları ciddiyə almırıq. Onda belə çıxır ki, şirkətlərin birinə 80 min avro ödəyərək (iki dəfə – red.) Safariyə ov etməyə gedən cənab Fərzəliyevin Afrikada müəyyən zaman müddətində qalması (həm də iki nəfərlə – red.) və yaşaması xərclərini də əlavə etməklə, sıradan bir vətəndaş üçün astronomik rəqəm hesab olunan böyük məbləğdə vəsait xərcləməsini acından ölən zəncilərə xidmət hesab olunmalıdırmı?
Əslində sualın düşünülməsi belə absurrdur. Zatən adamın ov azarkeşi (bəzən bu cür insanlara “ov xəstəsi” də deyirlər – red.) olması kiməsə sirr deyil ki? Əgər belə olmasa idi 20-yə yaxın ov iti başçının nəyinə lazım idi ki?
Axı o bostan qarovulçusu yox, Nərimanov rayon İcra Hakimiyyətinin başçısıdır. Hər bir itin alınması üçün təxminən 20 min dollara qədər vəsait xərclədiyi bidirilən başçının, itlərinə xidmət edən hər iki şəxsə təxminən ayrı-ayrılıqda 800 manat əmək haqqı verdiyi də söylənilir. Normalda bu vəsait orta aylıq əmək haqqı alan məmurun təxminən iki aylıq məvacibidir. Ən son Almaniyadan gətirdiyi itə isə… Və yenə Almaniya, yenə münasibətlərin pozulması, yenə ilginc səbəblərdən alınan iki ev, vəzifə olimpinin səbəbkarı…
Mənbə onu da bildirdi ki, son zamanlar A.Fərzəliyevlə I müavini Şahmar İbadovun münasibətləri o qədər ürəkaçan deyil.
Bu münasibət korlanmasının ilginc səbəbləri var. Başçı ilə aralarından su belə keçməyən I müavinin münasibətlərinin korlanmasına əsas səbəbkarı kimi rayon Təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayev göstərilir. Məlumatda o da bildirilir ki, cənab Fərzəliyev “Şərq” bazarı ətrafında, Dərnəgül yolu istiqamətində, metro yaxınlığında olan obyektlərinə nəzarəti R.Ağayevə tapşırandan sonra, Ş.İbadovla münasibətlərində hələ ki, bir-birinə açıq söyləmədikləri soyuq rüzgarlar əsməkdədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR