Belçikada hökumətin qurulmasını 38 yaşlı siyasətçi Şarl Mişel öz üzərinə götürüb. “Media forum” saytı xəbər verir ki, fransızdilli İslahatçı Hərəkat Partiyasının lideri olan Şarl Mişelin qurduğu sağ mərkəzçi koalisiyaya Yeni Flamand Alyansı, Xristian Demokratlar və Flamandlar, Açıq Flamand Liberalları və Demokratları partiyaları da daxil olacaq.
Belçikada mayın 25-də keçirilən federal seçkilərdə müxalif Yeni Flamand Alyansı (şimal bölgəsi Flandriyada) və hakim Sosialist Partiyası (cənub bölgəsi Valloniyada) qalib gəlib. O zamandan bəri hökumət qurmaq mümkün olmayıb. Kral Filipp iyul ayında bu işi Şarl Mişellə Xristian Demokratlar və Flamandlar Partiyasının lideri Kris Pitersə tapşırmışdı.