Suraxanıda sakinlər civə problemi ilə üzləşib

cive_rtut_230815Bakının Suraxanı rayonunda mənzildə termometr sınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 20:40-da başa çatmışdır.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR