Fransanın paytaxtı “Parisdə Döş Xərçəngi barədə maarifləndirmə ayı” çərçivəsində qeyri-adi aksiya baş tutub.
ANS TV-nin məlumatına görə, Parisin simvoluna çevrilmiş Eyfel qülləsi çəhrayı rəngə boyanıb. “Parisi çəhrayı rəngə boya” adlanan aksiya qadınlar arasında döş xərçənginə dair maarifləndirmə, eləcə də bu xəstəliklə mübarizə aparanlara dəstək məqsədilə keçirilib.
Eyfel qülləsinin çəhrayı rəngə boyanması sakinlərin və turistlərin marağına səbəb olub.