“Yola salınan” icra başçıları kimlərdir? – ADLAR

Безымянный copy copy“Gedənlər siyahısı”nda Mirdaməd Sadıqovun da olması ona bəslənilən ümidləri doğrultmadığından xəbər verir

Bu gün mətbuatda Beyləqan RİH başçısı Vaqif Abdullayevin vəzifəsindən azad ediləcəyi ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, artıq Vaqif Abdullayevlə yanaşı, 5 rayon rəhbərinin (bəzi saytlarda 3 rayondan söz açılır) vəzifəsindən gedəcəyi gözlənilir.

Vaqif Abdullayevin “vur573028ulmasına” səbəb kimi, onun prezidentə təqdim etdiyi “analoqsuz” stadionun bu yaxınlarda uçması və bu stadionu inşa edən şirkətlə RİH başçısı arasında “pul davası” göstərilir. Vaqif Abdullayevin rayondakı yeyintiləri, özbaşınalıqları əhalinin narazılığına səbəb olmaqla yanaşı, hakimiyyətdə də narazılıq və narahatlıqla qarşılanır.

Bundan başqa, Qafqaznews.Az-ın əldə etdiyi məlumata görə, dövlət başçısına təqdim olunan “Gedənlər siyahısında” 5 yox, 10-a yaxın RİH rəhbərinin adı yer alır. Onların birdəfəlik, yoxsa tədricən “yola salınması” isə artıq veriləcək qərara bağlıdır.

Həmin siyah20130214_DSC_0141ıda olan adları müəyyən etməyəAkif_S-limov_I çalışdıqda, bəzi “sürpriz”lərlə qarşılaşdıq.

Belə ki, həmin siyahıda 2013-cü ildə böyük ümidlərlə İsmayıllıya RİH başçısı təyin olunan Mirdaməd Sadıqov liderlik edir. Onun bəzi qaranlıq işləri barədə saytımızda gedən “Mirdaməd Sadıqovun İsmayıllıda qurduğu biznesin gizlinləri” başlıqlı yazımızda da söz açmış, icra başçısının tikinti sektorundakı maxinasiyaları barədə iddiaları işıqlandırmışdıq. “Gedənlər siyahısı”nda Mirdaməd Sadıqovun da olması ona bəslənilən ümidləri doğrultmadığından xəbər verir.

Tahir_KərimovBundan başqa, Laçın RİH başçısı Akif Səlimovun və Salyan RİH başçısı Tahir Kərimovun da adları bu siyahıda yer alır.

“Laçınlılar Akif Səlimofdan Zakir Qaralova şikayət etdi” başlıqlı yazıda da qeyd etmişdik ki, rayon sakinləri A.Səlimovun daha çox öz biznesinə və qohumlarına vəzifə verməyə fikir verməsindən gileylə20140208153923!Taleh_Qaraşovnir, onun külli miqdarda dövlət vəsaitini mənimsədiyini iddia edirlər. Bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralova da müraciət ünvanlanıb.

Tahir Kərimov barəsində sosial şəbəkələrdə və mətbuatda yayılan informasiya və şəkillər də onu deməyə əsas verir ki, bəli, doğrudan da, “Salyan bəyi”nin getmək vaxtı çatıb.

Həmçinin, Lənkəran RİH başçısı Taleh Qaraşovun tikinti və abadlaşdırma adı ilə külli miqdarda vəsaiti mənimsədiyi, əhalinin güzəranını yaxşılaşdırmaq üçün ayrılan dotasiyaları oğlunun kef məclislərinə yönəltməsi barədə məlumatların, şikayətlərin sayı-hesabı yoxdur.

Beləliklə, Qafqaznews.Az saytına məlumat verən mənbə bildirir ki, Vaqif Abdullayev, Mirdaməd Sadıqov, Tahir Kərimov, Taleh Qaraşov və Akif Səlimovun yaxın zaman ərzində “vurulması” böyük ehtimalla baş tutacaq.

“Gedənlər siyahısı”nda yer alan və ya “namizəd” olan digər RİH başçıları haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Sənan Məmmədli

Qafqaznews.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR