İran Həcc ziyarətini dayandırdı

716d667721851f3d10f88ab7d63d76abEləcə də Səudiyyə istehsalı olan malların idxalı da qadağan edilib.

İran hakimiyyəti İran zəvvarlarının Səudiyyə Ərəbistanına səfərini, eləcə də Səudiyyə istehsalı olan mallarının İslam Respublikasına idxalını qadağan edib, Tasnim agentliyi məlumat yayıb.

“İran hakimiyyətinin bugünkü təcili iclasında İran zəvvarlarının Səudiyyə Ərəbistanına səfərini gələcək xüsusi sərəncama qədər qadağan etmək qərarı alınıb”, agentliyin məlumatında deyilir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, İranın Nazirlər kabineti eyni zamanda Səudiyyə istehsalı olan malların, Səudiyyə Ərəbistanından keçərək İrana, o cümlədən də İranın azad iqtisadi zonalarına idxalını qadağan edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR