Qızlarla şəklini paylaşdı, həbs edildi – FOTOSESSİYA

22127676177aaccea27ac7bba5bd9383İran yığmasının qapıçısı Soşa Makani həbs edilib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun sosial şəbəkədə şəkil paylaşması olub.

Belə ki, 29 yaşlı qolkiper İran qanunlarına uyğun geyinməyən qadınlarla şəkil çəkdirib və daha sonra bunu paylaşıb. Makanidən şikayət edən şəxs ərizəsini geri götürsə də, futbolçu cəmiyyət içində əxlaqsızlığın yayılmasına səbəb ola biləcək fotolar paylaşdığı üçün həbsdə saxlanılıb.

“Persepolis”in oyunçusunun vəkili onun internet hesabının xakerlər tərəfindən ələ keçirildiyini və şəkillərin Makanidən xəbərsiz yayıldığını iddia edib. Həmin şəkillərdə İran millisinin qapıçısının 3 qadınla yan-yana dayandığı və onlarla əl-ələ tutduğu görülür. Qadınlardan birinin futbolçunun nişanlısı olduğu bildirilir.cd8e5f7c9d90bca7e5aa6f9449142113 3ac3766328669fea6776c585949e09ae 428a8cc322065bd9a21669dec923393a 77658c6d69baf527de8325ae41fc43ba

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR