Azərbaycan milli qadın voleybol komandası bu gün Bakıda Avropa çempionatında Rumıniya ilə üz-üzə gələcək.
Yığma C qrupunda mübarizə aparır; qrupda Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya komandaları da yer alır.
Millimiz turnirə yaxşı start verib: ilk görüşdə Portuqaliyanı 3:1 hesabı ilə üstələyib, daha sonra İspaniyaya qarşı da 3:0 hesablı qələbə qazanıb.
Bu nəticələrlə Azərbaycan iki matçdan sonra 6 xalla C qrupunun lideri statusundadır.
Azərbaycan və Rumıniya komandalarının qarşılaşması 24 avqust saat 18:30-da Milli Gimnastika Arenasında təşkil olunacaq.
Qeyd edək ki, Avropa çempionatı 21 avqust–6 sentyabr tarixlərində keçirilir və turnirin ev sahibləri Azərbaycan, Türkiyə, Çexiya və İsveçdir. Ümumilikdə yarışda 24 milli komanda iştirak edir, Bakı isə C qrupunun oyunlarına ev sahibliyi edir.