Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş Prokuror Kamran Əliyev cari il noyabrın 5-də saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulu keçiriləcək.
Mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Abşeron rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət edə biləcəklər. Həmçinin qəbula yazılmaq üçün Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinə (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrələri, eləcə də contact@prosecutor.gov.az elektron poçt ünvanı və prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə müraciət etmək mümkündür.