QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayon mərkəzində yerləşən “Gəncə Təndiri” sahibkarlıq obyektinə baş çəkib.

Rayon icra hakimiyyətinin rəsmi səhifəsində yayılan məlumata əsasən, Babayev obyektin fəaliyyəti, istehsal şəraiti və sakinlərə göstərilən xidmətlə tanış olub. O, sahibkar və əməkdaşlarla söhbətində yerli biznesin inkişafını və yeni iş yerlərinin yaradılmasını rayon üçün prioritet adlandırıb.

İcra başçısının səfəri sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. Əməkdar jurnalist Mahir Məmmədli paylaşımı şərh edərək yazıb: “Ürəyi ‘piiojki’ istəyib yəqin. Reklam etmək olmasın, ‘Gəncə təndiri’ndə onu yaxşı bişirirlər”.

Hacıbaba Babayev bu ilin sentyabrında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.