İtaliya mətbuatının verdiyi məlumata görə ölkədə yeni bir kütləvi etiraz dalğası günlərdir davam edir. Konkret.az xəbər verir ki, ən böyük nümayişlərin Milan şəhərində keçməsi gözlənilir. Bu vəziyyətlə əlaqədar Milan polis qüvvələri ictimai asayişin qorunması məqsədilə “qırmızı həyəcan” səviyyəsini tətbiq edib. Proqnozlara görə aksiyalarda fəhlələr və tələbələr daxil olmaqla təxminən 10 min nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Yürüşün Politexnik Universitetindən başlayaraq şəhər mərkəzinə doğru uzanacağı bildirilir və nümayişçilərin polislə razılaşdırılmamış şəkildə Padua dairəvi yolunu bağlamaq istədikləri istinad edilir.

Həmçinin oktyabrın 30-da Roma, Boloniya, Turin və digər şəhərlərdə də oxşar etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.