Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklər müzakirə olunub. Qanun layihəsi üzrə səlahiyyətlərə görə, Mərkəzi Bank təkcə ayrı-ayrı maliyyə institutları ilə yox, onların daxil olduğu maliyyə qrupları ilə bağlı nəzarəti də həyata keçirəcək.
Qəbul edilən dəyişikliklər 48-1-ci maddədə yeni redaksiya ilə təqdim olunur. Sənədə görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzərdə tutulan tənzimləmələr yenidən qurulacaq. Layihə Avropa Şurasının MONEYVAL üzrə qiymətləndirmə hesabatında FATF-nin 26-cı və 27-ci Tövsiyələri kontekstində hazırlanıb.
Mərkəzi Bankın nəzarət mexanizmləri ölkə səviyyəsində olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərini, həmçinin kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi risklərini də nəzərə alır. Konsolidasiya olunmuş nəzarətin tətbiqi bankların, sığorta şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin daxil olduğu maliyyə qruplarını əhatə edəcək. Risk profilləri, fəaliyyət növü, coğrafi fəaliyyət dairəsi və müştəri qrupundakı dəyişikliklər əsasında yenidən qiymətləndiriləcək.
Proses ərzində maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumatların götürülməsi hüququ Mərkəzi Bankın səlahiyyətlərinə daxildir. Daxil olan sənədlər və məlumatlar müəyyən edilmiş müddət ərzində təqdim olunmalıdır. Bu dəyişikliklər nəticəsində risk əsaslı nəzarət və lazım olan məlumat tələbləri daha aydın və səlis şəkildə müəyyən ediləcək.
Qeyd olunur ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib və qüvvəyə mindi.