QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində sahibkara məxsus obyektin qarşısındakı sahəyə ağır texnika ilə ziyan dəydiyi üçün araşdırma aparılıb.

Polis hadisəni törətməkdə şübhəli bilinən S.Qafarovu saxlayıb.

Faktla əlaqədar cinayət işi açılıb. Hazırda araşdırma davam edir.