QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ-də aralıq seçkilərdə Demokratların qalib gəlməsi Donald Tramp administrasiyasının xarici siyasətinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Demokratlar hər iki palatada nəzarəti əldə etsələr, prezidentin beynəlxalq məsələlərlə bağlı bəzi qərarlarını məhdudlaşdırmaq imkanına malik olacaqlar.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Bakupost”a açıqlamasında qanunverici orqanların xarici siyasətə təsir imkanlarının məhdud olduğunu bildirib. Onun sözlərinə görə, Konqres Trampın müəyyən təşəbbüslərinə maneələr yarada bilər, lakin bu sahədə qanunvericilərin öz təşəbbüsləri ilə çıxış etməsi nadir hallarda baş verir.

Zülfüqarov qarşıdakı iki il ərzində seçki nəticələrindən asılı olaraq Trampın xarici siyasətində ciddi dönüş olacağını gözləmir. O, prezidentin Ukrayna siyasətinin dəyişəcəyinə inanmır, amma Rusiyaya qarşı bəzi sanksiyaların qəbulunun mümkün olduğunu qeyd edir.

Eks-nazirin qənaətinə görə, seçkinin nəticəsi Ağ Evin xarici siyasətində köklü dəyişikliklərə gətirib çıxarmayacaq.