Bakıda özünü müxtəlif dövlət qurumlarının məsul əməkdaşı kimi təqdim edən vətəndaşa qarşı dələduzluq edən Anar Quliyev həbs olunub. Xəbərə görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində məhkəmə qərarı qəbul edilib. Qərara əsasən, o, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunur və 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd olunur ki, əvvəllər də belə cinayətlərə görə məhkum olan Anar Sabir oğlu Quliyev tanışı Kamran Məsməli oğlu Abdullayevin etibarından sui-istifadə edərək onu inandırıb, zərərçəkənin mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 61E ünvanında yerləşən, ümumi sahəsi 1000 kvadratmetr olan dörd mərtəbəli yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi məsələsinin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının köməkliyi ilə həll ediləcəyini vide kimi vəd edib. Təqsirləndirilən şəxs zərərçəkmişlə ayrı-ayrı məkanlarda görüşərək ümumilikdə 44.500 manat dəyərində pul alıb və bununla dələduzluq edib.
Vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən Anar Quliyev həbs olunub
Bakıda özünü dövlət qurumlarının məsul əməkdaşı kimi təqdim edərək vətəndaşı aldadıb 44 500 manat mənimsəməkdə istənilən Anar Quliyev üç ay müddətinə həbs edilib.
Mənbə: Baku Post
(29 Oktyabr 2026)