Yasamal rayonu ərazisində yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, hadisəni törətmiş üç nəfər şəxs müəyyən edilib və Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə hüquqi məsuliyyətə cəlb olunub. Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.