Yasamal rayonu ərazisində yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq hərəkətlərinə görə cinayət işi başlanıb. DİN-in Mətbuat Xidmətinin məlumatına görə hadisəni törədən üç şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilib. Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.