Prezidentin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin üç general-mayoruna "general-leytenant" ali hərbi rütbəsi verilib.
Rütbəsi yüksəldilən zabitlər sırasında 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov xüsusilə diqqət çəkir.
2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini icra edən və Vətən Müharibəsi Qəhrəmanı statusuna malik B.Ələkbərov ən gənc yaşda general-leytenant rütbəsini almış zabit kimi təqdim olunur.
Məlumatda qeyd olunur ki, ölkədə daha əvvəl 39 yaşında bu rütbəyə yüksələn şəxs olmayıb. Babək Ələkbərovun 39 yaşı bu ilin dekabrında tamam olacaq.
Qeyd edək ki, B.Ələkbərov 2023-cü ilin avqustunda 35 yaşında "general-mayor" ali hərbi rütbəsi ilə təltif edilmişdi.