Prezident İlham Əliyev 2026–2030-cu illəri əhatə edən turizmin inkişafına dair Dövlət Proqramını təsdiqləyən sərəncam imzalayıb.
Sərəncam Nazirlər Kabinetinə müəyyən tapşırıqlar verir. Altı ay müddətində Nazirlər Kabineti Azərbaycan Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” qanunda dəyişikliklərin hazırlanmasını təmin etməlidir.
Həmçinin üç ay ərzində turizm layihələrinə investisiya təşviqi sənədi verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla bu sənədin verilməsi mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlər görülməlidir.
Sənəddə Dövlət Proqramının 8.8.1.3-cü abzası və 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş büdcə subsidiya şərtləri üzrə tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət də Nazirlər Kabinetinin öhdəsinə verilib.
Nazirlər Kabineti həmin tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat təqdim etməlidir.